"Qarabağ"a daha bir qələbə vədi




Bu gün "Qarabağ" klubu Çempionlar Liqasında keçid turunun son oyununu oynayır. Böyük ümidlərlə futbol komandamızın bu mərhələni keçəcəyini gözlədiyimiz bir məqamda komandamızın qələbəsi şərəfinə bir çox vədlər verilməkdədir.

"Web Coder MMC" bəyan edib ki, "Qarabağ" bu mərhələni adlasa klubun vebsaytını (http://qarabagh.com) təmənnasız olaraq günün tələblərinə uyğun hazırlamağı öz üzərinə götürür. Seo və sayt xidmətləri göstərən MMC-nin kollektivi həmçinin komandamıza uğurlar arzulayır.

Qeyd edək ki, Danimarkanın "Kopenhagen" klubu ilə ilk matçı 1-0 qələbə ilə başa vuran "Qarabağ"ın növbəti mərhələyə adlaması üçün böyük şansı var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu