Ramil Quliyev Avropada ayın atleti seçildi




Avropa Atletizm Birliyi hər ay sosial şəbəkələrdə səsvermə yolu ilə seçdiyi “Avropada ayın atleti” mükafatına layiq idmançının adını açıqlayıb.

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev avqust ayının idmançısı seçilib.

Həmyerlimiz ötən ay Londonda keçirilmiş Dünya Atletizm Çempionatında və Birminqemdəki Almaz Liqasında kişilər arasında 200 metr məsafəyə qaçış yarışlarında qızıl medal qazanıb. Bundan əlavə, R.Quliyev Berlindəki İSTAF Oyunlarında isə 100 metr məsafəni ikinci başa vuraraq gümüş medala sahib olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu