Kikboksçularımız vətənə medalla dönür- FOTOLAR




Makedoniyanın Skopye şəhərində keçirilən kadetlər, yeniyetmələr ve gənclərin Wako versiyası üzrə Avropa çempionatı başa catıb.



AFN xəbər verir ki, komandamız çempionata 10 neferle qatılıb və yarışları 1 qızıl, 2 gümüş, 2 bürünc medalla - İmanov Məhəmməd (51 kq, full kontakt-qızıl), Nadirov Ramiz (+91 kq, full kontakt-gümüş), Məhərrəmov Orxan (86 kq, low kik-gümüş), Qəşəmov Elnur (54 kq, full kontakt- bürünc), Şahbazov Elşad (60kq, low kik-bürünc) başa vurub.

AKF-in vitse prezidenti Güloğlan Cabbarov nəticələrlə bağlı danışarkən bildirib: "Nəticəmiz çox böyük olmasa da, yüzde 50 faiz nəticə ilə Vətənə qayıdırıq . Düşünürəm ki, qarşıdakı kişilər arasında keçiriləcək Wako Dünya Çempionatından daha yüksək nəticələr əldə edəcəyik. İdmançılarımıza, məşqçilərimizə gələcək yarışlarda daha böyük uğurlar və qələbələr arzu edirəm".
















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu