“Qarabağ” klubu Londona yola düşdü




UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında “Çelsi”nin qonağı olacaq Ağdamın “Qarabağ” klubu bu gün Londona yola düşüb.

Bu barədə klubun saytında xəbər yayılıb.

Xatırladaq ki, “Çelsi” - “Qarabağ” matçı sentyabrın 12-də Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

UEFA Gənclər Liqasında mübarizə aparacaq “Qarabağ”ın U-19 komandası da əsas heyətlə birlikdə səfərə yollanıb. Gənclərin qarşılaşması isə Bakı vaxtı ilə saat 16:05-də başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu