Azercell müştəriləri arasında I Futbol Turnirinə start verir

Xəbərin çap versiyası
Tarix: 12-09-2017, 15:22    |    Xəbər oxunub: 561 dəfə
Azercell müştəriləri arasında I Futbol Turnirinə start verir


Mobil operator xidmət göstərdiyi şirkətlər üçün ilk həvəskar idman yarışmasını təşkil edir



Azercell Telekom tərəfindən ölkəmizdə idmanın inkişafına, eləcə də, sağlam həyat tərzinin təbliğinə dair çoxlu sayda müxtəlif layihələrin keçirilməsi hamıya məlumdur. Bu dəfə isə, şirkət öz korporativ abunəçiləri üçün maraqlı və faydalı bir təşəbbüslə çıxış etdi. Belə ki, lider mobil operator Azercell Kuboku uğrunda Korporativ Müştərilər arasında I Futbol Turnirinə başlayıb. Sentyabrın 8-də çempionatda iştirak edəcək komandaların nümayəndələrinin də iştirak etdiyi mərasimdə Turnirinin püşkatma mərasimi keçirilib və turnirin reqlamenti açıqlanıb. Beləliklə, 12 komandadan ibarət çempionat qrup mərhələsindən (yəni 5 oyundan), 1\4 final, yarımfinal və final oyunlarından ibarət olacaq.

Oyunlar 11 sentyabrdan etibarən bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı və cümə günləri saat 19.00-da Azercell Telekomun baş ofisinin futbol meydançasında keçiriləcək. Gündə 3 oyunun keçirilməsi planlaşdırılan turnir 1 ay ərzində davam edəcək. Turnirdə Kapital Bank, North West Construction, Xəzər Media, Unibank, Sumqayıt Texnologiyalar Parkı, Gilan Holding, TOPAZ, Azərtexnolayn, Azeri M-İ, AA Services, Coca-Cola kimi nüfuzlu şirkətlərin nümayəndələri iştirak edir.

Azercell müştəriləri arasında I Futbol Turnirinə start verir


Qeyd edək ki, Azercell fəaliyyəti boyunca həm cəmiyyətimizin müxtəlif yaş, peşə və sağlamlıq kateqoriyalarından olan insanlar, həm də öz əməkdaşları arasında dəfələrlə bu cür sosial təşəbbüslərə imza atıb. Şirkət əməkdaşları bir çox hallarda müxtəlif rəsmi və biznes strukturların təşkil etdiyi futbol yarışmalarında qalib olub. Təsadüfi deyil ki, ölkəmizdə idmanın inkişafına, sağlam həyat tərzinə yönəlik layihələrin hər zaman yanında olan şirkət sentyabrın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək “Gəncə Marafonu - 2017” layihəsinin də eksklüziv tərəfdaşıdır.

Şirkət Azercell Kuboku uğrunda keçirilən I Futbol Turnirində göstərdiyi dəstəyə görə Xəzər Televiziyası və Coca-Cola şirkətinə xüsusi təşəkkürünü bildirir, iştirak edən bütün komandalara uğurlar diləyir və bu turnir nəticəsində komandaları təmsil edən şirkətlər arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə ümid edir!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Az qala banklara yalvarırıq-

Az qala banklara yalvarırıq- Qənirə Paşayeva

“Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır”-

“Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır”- XİN

“Onlayn mediaya 1 milyon ayrılsın” -

“Onlayn mediaya 1 milyon ayrılsın” - deputatdan təklif

Əmək pensiyaları artırılacaq-

Əmək pensiyaları artırılacaq- rəsmi

MSK sədri prezident seçkilərindən danışdı

MSK sədri prezident seçkilərindən danışdı

Ramiz Mehdiyev MDB-dəki problemləri müzakirə edib

Ramiz Mehdiyev MDB-dəki problemləri müzakirə edib

“Hökumət büdcəyə görə məsuliyyət daşıyır”-

“Hökumət büdcəyə görə məsuliyyət daşıyır”- Valeh Ələsgərov

DİN Qaradağdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

DİN Qaradağdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

Parlamentdə maliyyə amnistiyası təklif edildi

Parlamentdə maliyyə amnistiyası təklif edildi

İnsanların icbari tibbi sığortaya ehtiyacı var-

İnsanların icbari tibbi sığortaya ehtiyacı var- millət vəkili

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Rəsulzadənin xanımının məzarı ilə bağlı müəmma

Rəsulzadənin xanımının məzarı ilə bağlı müəmma

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur