"Qarabağ bizim yaralı yerimizdir"- Qurban Qurbanov (VİDEO)

Xəbərin çap versiyası
Tarix: 13-09-2017, 15:06    |    Xəbər oxunub: 585 dəfə
"Qarabağ bizim yaralı yerimizdir"-


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında “Çelsi” ilə oyundan sonra mətbuat konfransında iştirak edib.

Qurban Qurbanov britaniyalı jurnalistlərin suallarını cavablandırıb.

- “Qarabağ”ı Azərbaycan Premyer Liqasında və Çempionlar Liqasında hansı yerdə görürsüz?

- Özümüzü Çempionlar Liqasında harada gördüyümüzü deyə bilmərəm. Qrup mərhələsində olmaq istəyirdik, bunu da əldə etdik.

- 2008-ci ildən “Qarabağ”ın baş məşqçisisiz. Klub həmin vaxt bu səviyyədə deyildi. Siz komandaya böyük uğur qazandırdınız...

- Dəyərli suala görə çox sağ olun. “Qarabağ”ın Çempionlar Liqasının qrupunda iştirakı Azərbaycan futbolunda bir ilkdi. Belə baxanda, kiçik futbol ölkəsiyik. Ölkə olaraq, futbolda indi-indi inkişaf etməyə başlayırıq. Çətin addımlarda mənim adım olduğu üçün şadam. Bizim üçün asan deyil. Bu cür turnirin qrup mərhələsinə düşməyimizə baxmayaraq, belə böyük hesablı məğlubiyyət mənə xoş deyil. Amma inkişaf etmək istəyiriksə, bu cür məğlubiyyətlərlə razılaşmalıyıq, belə halları gözümüzün qabağına gətirməliyik. Çəkinmədən, utanmadan daha da çox çalışmalı və bundan da irəli getməli düşünməliyik.

- “Qarabağ”ın Çempionlar Liqasında iştirakı sizin üçün nə deməkdi?

- Bu, bizim üçün böyük uğurdu. Bunu əldə etmişik və bu nailiyyət Azərbaycanda futbolu daha da sevdirdi, futbola maraq artdı.

- “Qarabağ” azarkeşlərinin çoxu bu gün klubun formalarını geyinməsələr də, Azərbaycan bayraqları ilə sizə dəstək oldular. Bu, üzərinizdə təzyiqi artırmışdı?

- Yəqin ki, bu komandanın tarixini və “Qarabağ” adının mənasını bilirlər. Bizim yaralı yerimizdir. Qarabağ torpaqlarının çox hissəsi erməni daşnaklarının əlindədi və haqsız yerə əlimizdən alıblar. Azərbaycan bayrağını tribunlarda görmək əksinə mənə güvən, inam verir, məsuliyyətim daha da çoxalır. Şadam ki, bu komandanın baş məşqçisiyəm. Nə qədər ağır olsa da, komandamın belə məğlubiyyətlə üzləşməsini istəməzdim. Bir azərbaycanlı kimi, “Qarabağ”da işləməkdən fəxr duyuram və əlimdən gələnin artığını etməyə çalışıram. (azvision.az)





AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Az qala banklara yalvarırıq-

Az qala banklara yalvarırıq- Qənirə Paşayeva

“Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır”-

“Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır”- XİN

“Onlayn mediaya 1 milyon ayrılsın” -

“Onlayn mediaya 1 milyon ayrılsın” - deputatdan təklif

Əmək pensiyaları artırılacaq-

Əmək pensiyaları artırılacaq- rəsmi

MSK sədri prezident seçkilərindən danışdı

MSK sədri prezident seçkilərindən danışdı

Ramiz Mehdiyev MDB-dəki problemləri müzakirə edib

Ramiz Mehdiyev MDB-dəki problemləri müzakirə edib

“Hökumət büdcəyə görə məsuliyyət daşıyır”-

“Hökumət büdcəyə görə məsuliyyət daşıyır”- Valeh Ələsgərov

DİN Qaradağdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

DİN Qaradağdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

Parlamentdə maliyyə amnistiyası təklif edildi

Parlamentdə maliyyə amnistiyası təklif edildi

İnsanların icbari tibbi sığortaya ehtiyacı var-

İnsanların icbari tibbi sığortaya ehtiyacı var- millət vəkili

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Rəsulzadənin xanımının məzarı ilə bağlı müəmma

Rəsulzadənin xanımının məzarı ilə bağlı müəmma

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur