UEFA Avropa Liqasının final oyunu Bakıda keçiriləcək




2018-2019 mövsümündə futbol üzrə Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək.



Bu barədə qərar UEFA İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Çempionlar Liqasının final görüşü isə İspaniyanın Madrid şəhərində yerləşən "Metropolitano" stadionunda baş tutacaq.

Qeyd edək ki, təməli 2011-ci il iyunun 6-da qoyulmuş BOS-un açılış mərasimi 2015-ci il martın 6-da keçirilib. UEFA-ya göndərilmiş sifariş ərizəsində stadionun tamaşaçı tutumu 70055 nəfər göstərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu