Klaypeda şəhərinin meri yarışlara qatılan bütün heyətləri qəbul edib




Bu gün Klaypeda şəhərində sentyabrın 18-i 25-i arası keçirilən güləş üzrə hərbçilərin dünya çempionatına ev sahibliyi edən Klaypeda şəhərinin meri yarışlara qatılan bütün heyətlərin rəhbərlərini və CİSM-in nümayəndələrini qəbul edib.



AFN xəbər verir ki, qəbul əsnasında Vitautas Qrubliauskas dünyanın müxtəlif ölkələrindən gələn müxtəlif rütbəli və uniformalı hərbçilərin bir masa arxasında barış, dostluq və idman üçün toplandıqlarından məmnunluğunu ifadə edərək qatılan bütün ölkələrə təşəkkür edib.
Qəbulda Azərbaycan nümayəndə heyətinin rəhbəri MOİK-in rəisi polkovnik-leytenant Rəşad Quliyev şəhərin merinə hörmət əlaməti olaraq Azərbaycan adından hədiyyə təqdim edib. Hədiyyəni qəbul edən mer hər zaman Azərbaycan tərəfindən hədiyyə almaqdan qürur duyduğunu və Azərbaycan tərəfinin böyük heyətlə və yüksək səviyyədə iştirakından məmnun olduğunu söyləyib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri polkovnik-leytenant R.Quliyev də öz növbəsində merə yüksək qonaqpərvərliyə və tədbirin təşkilində göstərdikləri səyə görə təşəkkür edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu