"Qarabağ"-"Roma" oyununu kim idarə edəcək?




Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda keçiriləcək "Qarabağ" - "Roma" oyunu üçün hakim təyinatları açıqlanıb.

"Qaynarinfo" xəbər verir ki, matçı Portuqaliya Futbol Federasiyasından Artur Dias idarə edəcək. Ona Rui Tavares və Paulo Soares yardımçı olacaq. Dördüncü hakim funksiyasını Bruan Rodriges yerinə yetirəcək.

Oyunun hakim-inspektoru İsraildən Haim Yakov, UEFA nümayəndəsi Estoniyadan Oleq Xarlamov olacaq.

Qeyd edək ki, Bakı Olimpiya stadionunda keçiriləcək "Qarabağ" - "Roma" görüşü sentyabrın 27-i saat 20:00-da başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu