Ukrayna Futbol Federasiyası cəzalandırılıb




FIFA DÇ-2018-in Türkiyə və İslandiya ilə payız təsnifat matçlarının yekunlarına görə Ukrayna Futbol Federasiyasını 48 min İsveçrə frankı (təxminən 42 min avro) məbləğində cərimə edib.

“Tribuna.com” saytı yazır ki, cərimənin əsas məbləği (41 min avro) Xarkovda Türkiyə komandası ilə matça görə yazılıb. Orada fanatlar diskriminasiya xarakterli mahnılar oxuyublar, pilləkən keçidlərini tutublar, habelə meydana qaçma halları olub.

Ukrayna Futbol Federasiyası FIFA-dan rəsmi xəbərdarlıq da alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu