“Qarabağ” - “Atletiko” (Madrid) oyununa 20 min bilet satılıb


“Qarabağ” - “Atletiko” (Madrid) oyununa 20 min bilet satılıb


Ağdamın “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci ev oyununda qarşılaşacağı “Atletiko” (Madrid) ilə matça bilet satışı davam edir.

Klubun rəsmi saytında verilən məlumata görə, qarşılaşmaya satılan biletlərin sayı artıq 20 minə çatıb.

Azarkeşlər biletləri “ASAN xidmət” mərkəzlərindən, Heydər Əliyev Sarayının kassasından, “28 Mall”, “Gənclik Mall”, “Park Bulvar” alış-veriş mərkəzlərindən, “Azərbaycan”, “Nizami” kinoteatrlarının yaxınlığından və Üzeyir Hacıbəyov küçəsi 69x ünvanından ala bilərlər. Eyni zamanda, biletləri “iTicket.az” saytından onlayn əldə etmək də mümkündür. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

“Qarabağ”-“Atletiko” (Madrid) matçı oktyabrın 18-də saat 20:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu