DÇ-2018: Azərbaycan yığması son oyununa çıxır


DÇ-2018:


Bu gün futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində son oyununu keçirəcək.



Virtualaz.org xatırladır ki, Robert Prosineçkinin baş məşqçi olduğu komandamız Almaniya yığmasının qonağı olacaq.

C qrupunda 9 turdan sonra Bundestim 27 xalla 1-ci pillədə qərarlaşıb. Yoahim Lövün rəhbərlik etdiyi komanda Rusiyada keçiriləcək final mərhələsinə vəsiqəni hələ ötən tur rəsmiləşdirib. Azərbaycan isə 10 xalla 5-ci yerdə gedir. 12 xalla 3-cü pillədə olan Çexiya autsayder San Marino ilə qarşılaşacağından, yalnız 4-cü yerə ümid etmək olar. Amma bunun üçün mütləq Almaniyadan xal almaq və Norveçin evdə Şimali İrlandiyaya uduzacağına ümid etmək lazımdır.

Kayzerslauternin "Frits Valter" stadionunda keçiriləcək görüş formal xarakter daşıdığından, almanların meydana ikinci heyətlə çıxacağı gözlənilir.

Onu da xatırladaq ki, bu iki komanda arasında martın 26-da Bakıda keçirilmiş görüşdə Almaniya millisi 3:1 hesablı qələbə qazanıb.

Yeri gəlmişkən, Azərrbaycan yığma komandasının baş məşqçisi Robert Prosineçki dünən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib: “Almaniya dünyanın ən güclü komandasıdır. Sabahkı oyunda onların oyununu çətinləşdirməyə çalışacağıq. Bizi çətin oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, matçdan sonra bir-birimizin üzünə baxa bilək. Almanlara qarşı öz evimizdə keçirdiyimiz oyunda qol vurub, onları “qıdıqlaya” bildik. Artıq onlar bizim nəyə qadir olduğumuzu bilirlər”.

Dünya çempionatı

Seçmə mərhələ, C qrupu

22:45. Almaniya - Azərbaycan

Baş hakim: Andris Treymanis

Yan xətt hakimləri: Harald Gudermanis, Aleksey Spasyonnikov

Dördüncü hakim: Aleksandr Qolubev (hamısı Latviya)

Kayzerslaytern. Fritz Valter stadionu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu