Pakistan FİFA-dan qovuldu


Pakistan FİFA-dan qovuldu


FİFA Pakistan Futbol Federasiyasının (PFF) üzvlüyünü dayandırıb. Təşkilatdan bildirildiyinə görə, buna səbəb təşkilatın işinə üçüncü tərəfin qarışması olub.

Bildirilir ki, PFF-nin ofis və hesabları məhkəmənin təyin etdiyi inzibatçının nəzarəti altında qalıb və bu da təşkilatın işlərinə üçüncü tərəfin qarışmamasına dair öhdəliyin pozulmasıdır. Nəzarət federasiya rəhbərliyinə keçdikdən sonra üzvlük bərpa olunacaq. Sanksiya qüvvədə olduğu müddətdə Pakistan yığması və bu ölkənin klubları beynəlxalq yarışlarda iştirak edə bilməzlər.

Qeyd edək ki, Pakistan millisi sonuncu dəfə 2015-ci ildə FİFA bayrağı altında 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Yəmənlə qarşılaşıb və iki matçın nəticəsinə əsasən mübarizəni dayandırıb. Komanda FİFA reytinqində 200-cü yerdə qərarlaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu