"Atletiko" Bakıya "Qarabağ"... təyyarəsində uçur


"Atletiko" Bakıya "Qarabağ"... təyyarəsində uçur


İspaniyanın "Atletiko" futbol klubu bu gün Bakıya təxminən saat 22:00-da gələcək.

Virtualaz.org-un məlumatına görə, komanda Madriddən çarter reysi ilə uçub və təyyarədə təxminən 6 saat vaxt keçirəcək.

Ən diqqətçəkən məqam odur ki, "Atletiko" Bakıya "Azərbaycan Hava Yolları"nın "Qarabağ" adlı təyyarəsində uçur.

Xatırladaq ki, “Qarabağ” komandasının futbol üzrə Çempionlar Liqasınının II turu çərçivəsində İspaniya təmsilçisi “Atletiko” ilə oyunu oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Qarşılaşma saat 20:00-da başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu