Qurban Qurbanov: “Ağır oyun oldu, vacib xal qazandıq”


Qurban Qurbanov:


"Bütün futbolçularımı təbrik edirəm. İlk xalımızı qazandıq. Çox əziyyət çəkdilər”.

Bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov "Atletiko" ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Həqiqətən, ağır oyun oldu. Uşaqlar sona qədər düzgün oynamağa çalışdılar və maksimum güclərindən də artığını meydanda qoydular. Azarkeşlər də bu gün bizə yaxşı dəstək oldular. Vacib xal qazandıq. Bu turnirin gücünü hiss etməyin futbolçularımıza böyük faydası olacaq”.

Qeyd edək ki, Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin III turu çərçivəsində “Atletiko”nu qəbul edən Ağdam təmsilçisi qolsuz heç-heçə sayəsində ÇL-də ilk xalını qazanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu