"Qarabağ" hakim səhvi ilə bağlı UEFA-ya şikayət edəcək

Xəbərin çap versiyası
Tarix: 19-10-2017, 17:49    |    Xəbər oxunub: 863 dəfə
"Qarabağ" hakim səhvi ilə bağlı UEFA-ya şikayət edəcək


"Sözsüz ki, “Qarabağ” bizə çox gözəl anlar bəxş etdi. Dostlar, həmkarlar arasında oyunla bağlı müəyyən proqnozlar səsləndirilmişdi. Lakin bu cür hesabı heç kim gözləmirdi. “Qarabağ”ın futbolçularının peşəkarlıq və oyun səviyyələrinin get-gedə necə artdığını görürük. Onların timsalında tam ayrı, Avropa səviyyəli komandanın oyununu gördük. Bunlar bizi sevindirir".

Bunu "Report"a açıqlamasında gənclər və idman naziri Azad Rəhimov Çempionlar Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"ın İspaniya "Atletiko"su ilə 0:0 hesablı heç-heçə etdiyi görüş barədə danışarkən deyib. Heç-heçəyə sevinməyin gərəkliyini vurğulayan nazir fransalı referi Ruddi Bukenin "Qarabağ"ın hücumçusu Dino Ndlovuya ikinci sarı vərəqəni göstərərək, meydandan kənarlaşdırdığı epizoda da münasibət bildirib: "Məsələyə tam obyektiv yanaşıram: "Qarabağ"ın futbolçusuna qırmızı vərəqənin göstərilməsi düzgün qərar deyildi. Rəqib futbolçu tərəfindən ayağa zərbə həqiqətən də var idi. Bunu videotəkrara baxdıqda dəfələrlə gördük".

A.Rəhimovun fikrincə, "Qarabağ" rəhbərliyi bu epizodla bağlı UEFA-ya şikayət edəcək. Lakin o, lazımi nəticənin əldə olunacağına inanmadığını söyləyib: "Sözsüz ki, protest veriləcək, amma nəticəsi maksimum nə ola bilər? Həmin referi 1-2 beynəlxalq oyundan kənarlaşdırıla bilər. Mümkündür ki, hakimlər hər bir oyunda səhvə yol versinlər. Lakin futbolda hakim səhvləri ilə əlaqədar bundan başqa tədbir növü müəyyənləşdirilməyib. Ona görə də tək futbolda deyil, digər idman növlərində də hakimlərin işinə toxunmamalı, onları düşünməməliyik. Özümüzü elə göstərməli, elə oynamalıyıq ki, hakim heç bir təsir göstərməsin. Hər bir oyunda və yarışda rəqibdən iki baş güclü olmalıyıq. Hakim səhvləri biz, AFFA və klub rəhbərliyinə heç bir təsir edə bilməz. Etiraz mütləq olacaq, amma nəticəsinə inanmıram".

Nazir "Qarabağ"ın futbolçusunun meydandan kənarlaşdırılmasında siyasi addım görmədiyini də əlavə edib: "Bu, siyasətdən tam uzaq haldır, ola da bilməz. Deyə bilərsiniz ki, hakim Fransadan, "Atletiko" İspaniyadandır. Yəni, hər iki ölkə Qərbi Avropada yerləşir. Amma səhvlər də olur. "Qarabağ"ın 3 il əvvəl İtaliya "İnter"i ilə keçirdiyi oyundan sonra çexiyalı referi oteldə "Mən niyə belə səhv buraxdım? Sanki gözümün qabağına qaranlıq çökmüşdü" deyə ağlayırdı. Belə hallar da mümkündür".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilmiş "Qarabağ” – "Atletiko” matçının 75-ci dəqiqəsində Dino Ndlovu Dieqo Qodinin müdaxiləsindən sonra yerdə qalıb. Lakin fransalı baş hakim Ruddi Buke epizodu simulyasiya kimi dəyərləndirib və Ndlovuya oyun ərzində ikinci sarı vərəqə göstərərək, meydan sahiblərini azlıqda qoyub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycan Silahlı Qüvvələrində yenilik

Azərbaycan Silahlı Qüvvələrində yenilik

Qənirə Paşayeva Sudan nümayəndə heyətilə görüşdə Qarabağ problemindən geniş bəhs edib

Qənirə Paşayeva Sudan nümayəndə heyətilə görüşdə Qarabağ problemindən geniş bəhs edib

Azərbaycanda təxminən 2 milyon 600 min uşaq var

Azərbaycanda təxminən 2 milyon 600 min uşaq var

"Qoca"nın qaçdığına görə həbs olunan komandirin yerinə yeni təyinat

ATMU-da “Rus dili həftəsi” keçirilib

ATMU-da “Rus dili həftəsi” keçirilib

Qüdrət Qurbanov BDT-nın 30-cu assambleyasının sessiyasında iştirak edəcək.

Qüdrət Qurbanov BDT-nın 30-cu assambleyasının sessiyasında iştirak edəcək.

“Bakcell”in dəstəyilə futzal turniri təşkil edilib

“Bakcell”in dəstəyilə futzal turniri təşkil edilib

Əli Həsənovun nəvəsi əsgərlikdə olmayıbmış

Əli Həsənovun nəvəsi əsgərlikdə olmayıbmış

Azərbaycanda avtomobillər bahalaşacaq-

Azərbaycanda avtomobillər bahalaşacaq- idxal rüsumu 75% artırılır

Bakıya sulu qar yağacaq

Bakıya sulu qar yağacaq

Yunanıstan sahillərində itmiş gəmi tapılıb

Yunanıstan sahillərində itmiş gəmi tapılıb

Avropa Xalq partiyası Qarabağla bağlı bəyannamə qəbul etdi

Avropa Xalq partiyası Qarabağla bağlı bəyannamə qəbul etdi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur