UEFA "Qarabağ"-"Çelsi" matçının hakimi ilə bağlı qərarını açıqladı


UEFA "Qarabağ"-"Çelsi" matçının hakimi ilə bağlı qərarını açıqladı


Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçirilən "Qarabağ” – "Çelsi” matçında idarəçiliyə etirazlara səbəb olan Manuel De Sousanın işi UEFA tərəfindən yüksək qiyməyləndirilib.

AFN yenicag.az-a istinadən xəbər verir ki, portuqaliyalı referinin işinə 8,4 bal verilib ki, bu da yüksək göstərici hesab olunur.

Qeyd edək ki, Manuel de Sousa Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada Ağdam klubunun qapısına iki penalti təyin edib, Rəşad Sadıqova isə qırmızı vərəqə göstərmişdi. Oyun isə London təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu