Məşhur futbolçu “Milan”a baş məşqçi təyin edildi


Məşhur futbolçu “Milan”a baş məşqçi təyin edildi


İtaliyanın “Milan” klubunda baş məşqçi dəyişikliyi olub.

“Qafqazinfo” xəbər verir ki, Vinçenzo Montellanın yerinə 13 il “Milan”ın şərəfini qorumuş Cennaro Qattuzo təyin edilib.

Montella bu yay böyük büdcə hesabına komandaya bir neçə futbolçu transfer etməsinə baxmayaraq, ölkə çempionatında istənilən nəticəni göstərə bilməyib. Buna görə də, “Milan” rəhbərliyi onunla yolları ayırmaq məcburiyyətində qalıb.

“Qeyd edək ki, Qattuzo “Sion”, “Palermo”, “OFI Girit” və “Pisa” kimi klubları çalışdırdıqdan sonra “Milan”ın U19 komandasının başına gətirilmişdi.

39 yaşlı məşqçinin “Milan”ın əsas komandasına müvəqqəti təyin edildiyi, digər məşqçilərlə danışıqların davam etdirildiyi açıqlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu