Məşhur futbol klubunun prezidenti axtarışa verildi


Məşhur futbol klubunun prezidenti axtarışa verildi


Ukraynanın "Karpatı" futbol klubunun prezidenti Pyotr Dıminski barəsində axtarış elan olunub. "Gordonua.com" portalı yazır ki, 63 yaşlı funksioner ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinir.

O, hələ araşdırmaların başlandığı vaxt ölkənin hüdudlarını tərk edib və hazırda hüquq-mühafizə orqanlarından gizlənir.

Avqustda Lvov yaxınlığında "Mercedes S 65 AMG" markalı avtomobilin "Opel"lə toqquşması nəticəsində bir qadın ölüb. İstintaqçıların versiyasına əsasən, həmin vaxt qəza törədən maşının sükanı arxasında yol hərəkəti qaydalarını pozan şəxs Dıminski olub. Lakin biznesmenin mühafizəçisi maşını məhz özünün sürdüyünü iddia edib. O, 2 aylıq həbs cəzası alsa da, təhqiqatçılar faciənin günahkarının klub prezidenti olduğunu bildiriblər. Funksioner sorğu-suala çağırılıb və ondan DNT analizi verməsi tələb olunub. Lakin istintaqın gedişində Dıminski çağırışlara məhəl qoymadan İsveçrənin Cenevrə şəhərinə uçub.

Müəyyən olunub ki, avtomobilin sükanı arxasında, qəzaya görə məsuliyyəti üzərinə götürmüş klub prezidentinin mühafizəçisi olmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu