Fatih Terim intihar etmək istəyən futbolçuya təklif yolladı


Fatih Terim intihar etmək istəyən futbolçuya təklif yolladı


"Qalatasaray” keçmiş futbolçusu Emmanuel Ebueyə təklif yollayıb.



Fildişi Sahili yığmasının keçmiş futbolçusu İstanbul klubunda uşaq komandalarından birini çalışdıracaq.

Son vaxtlar tamamilə müflisləşən və şəxsi həyatı qaydasında getməyən sağ cinah müdafiəçisi hətta bir neçə dəfə intihar etmək istəmişdi. Onun bu problemlərindən xəbər tutan "Qalatasaray”ın baş məşqçisi Fatih Terim isə vaxtilə rəhbərliyi altında oynamış futbolçunu darda qoymaq istəməyib və işlə təmin edib. Bir müddət əvvəl haqqında HİV xəstəsi olması ilə bağlı xəbərlər dolaşan Ebue həyat yoldaşı ilə boşandıqdan sonra var-dövlətini itirmişdi.

Qeyd edək ki, o, "Arsenal”dan ayrıldıqdan sonra 3 mövsüm "Qalatasaray”da çıxış edib.(Apasport.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu