Dünya türk basketbolçunun bu ötürməsindən danışır


Dünya türk basketbolçunun bu ötürməsindən danışır


Ötən gecə Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatında “Orlando Məcik” klubu “Klivlend Kavalyers”i qəbul edib.

Virtualaz.org xəbər verir ki, oyunun 3-cü çərəyinin sonuna 3 dəqiqə qalmış Türkiyə milli komandasının və “Klivlend” komandasının hücumçusu Cedi Osman öz səbətinin altından bütün meydança boyu ötürmə edərək, Kevin Lavın 2 xal qazanmasında böyük rol oynayıb.

Cedinin bu fantastik ötürməsi NBA-də günün ən möhtəşəm epizodlarından biri hesab olunub. Oyuna gəlincə, Cedi Osmanın komandası 131:127 hesabı ilə qalib gəlib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu