“Qalatasaray”ın kapitanı “Samsunq”u məhkəməyə verdi- Maraqlı iddia


“Qalatasaray”ın kapitanı “Samsunq”u məhkəməyə verdi-


"Qalatasaray”ın kapitanı Səlçuk İnan mərkəzi Cənubi Koreyada yerləşən "Samsunq” şirkətini məhkəməyə verib.



Futbolçu K.Ronaldonun "CR7” ləqəbi ilə tanındığı kimi, onun da "S8” markası ilə tanındığını iddia edib və şirkətin "S8” ifadəsindən istifadə etməsinə görə onu məhkəməyə şikayət edib.

S.İnan şirkətdən "S8” markasından imtina etməklə yanaşı, 110 000 tl təzminat da tələb edib. Lakin məhkəmə saylar və kəlmələrin kiminsə ixtiyarında olmadığını bildirərək futbolçunun tələblərini rədd edib.

Məhkəmədə Səlçuk İnanın "S8” ləqəbini 2013-cü ildə götürdüyünü, lakin bu markanın daha əvvəl "Audi”, AŞ kimi şirkətlərin də istifadə etdiyi bildirilib. "Samsunq” isə "S8” ifadəsindən 2010-cu ildən etibarən istifadə etməyə başlayıb. Buna görə məhkəmə futbolçuun iddialarını əsassız sayıb. (publika.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu