"Bursaspor" "Qarabağ" klubunun futbolçusu ilə danışıqlara başlayıb


"Bursaspor" "Qarabağ" klubunun futbolçusu ilə danışıqlara başlayıb


"Qarabağ" klubunun və Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda Türkiyə "Bursaspor"unun maraq dairəsinə düşüb.

Hazırda 29 yaşlı yarımmüdafiəçi ilə danışıqlar aparılır.

"Timsahlar"ın baş məşqçisi Pol Le Quen klub rəhbərliyindən orta sahənin gücləndirilməsini istəyib. Transfer pəncərəsinin qapanmasına bir neçə gün qalmış bu istiqamətdə çalışmalar gücləndirilib. "Yaşıl-ağlar" ilkin hədəf kimi Hollandiya "Feyenoord"undan 33 yaşlı Kərim əl-Əhmədini hədəfə alıblar. Klub alternativ variant kimi Almeydanı müəyyənləşdirib.

Qeyd edək ki, "Bursaspor" bu yaxınlarda Azərbaycan milli komandasının futbolçuları Deniz Yılmaz və Ozan Can Kökçü ilə yollarını ayırıb. Yılmaz "Gənclərbirliyi"nə transfer olunub, Kökçü isə Hollandiya "Valveyk"inə icarəyə verilib. (Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu