Tarik Elyunussi “Qarabağ”ı tərk edib


Tarik Elyunussi “Qarabağ”ı tərk edib


Norveç milli komandasının futbolçusu Tarik Elyunussi Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" klubunun düşərgəsini tərk edib.



Bu barədə Azərbaycan təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib. Onun sözlərinə görə, 30 yaşlı hücumçu müqavilə üzrə məxsus olduğu Yunanıstan "Olimpiakos"unun istəyi ilə kollektivdən ayrılıb. E.Çelikel təcrübəli forvardın mövsümün ikinci yarısında "Qarabağ"da çıxış etməyəcəyini vurğulayıb.

Qeyd edək ki, "Qarabağ" Tarik Elyunussini 2017-ci ilin yayında "Olimpiakos"dan 1 illik icarəyə götürüb. Əsas heyətə düşməkdə çətinlik çəkən norveçli hücumçunun İsveç AİK-inə keçəcəyi gözlənilir. (Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu