Asiya Oyunları Azərbaycanda keçirilə bilər


Asiya Oyunları Azərbaycanda keçirilə bilər


“Azərbaycan qara qızılını insan kapitalına çevirə bildi. 2019-cu ildə 15-ci Gənclər Olimpiya oyunları, 2020-ci ildə isə Futbol üzrə Avropa Çempionatının oyunları Bakıda keçiriləcək”.

AzVision.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov İllik Gənclər Forumunda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır:

“Bakı Şəhər Halqasında gənclərin müvafiq təcrübə qazanması üçün hər cürə şərait yaradılıb. Əgər “Bakı 2015” I Avropa Oyunlarına 500 xarici mütəxəssis cəlb edilmişdisə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında bu mütəxəssislərin sayı 50-yə qədər düşmüşdü. Bu rəqəmlər ötən iki il ərzində gənclərimizin necə böyük təcrübə qazanmalarının baris göstəricisidir. Biz gələcəkdə Azərbaycanda Asiya Oyunlarını da keçirmək istəyirik. Qeyd edim ki, 5-ci Asiya Oyunları keçən il Türkmənistanın paytaxtı Aşqabadda keçirilib”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu