AFFA-dan cəza yağışı


AFFA-dan cəza yağışı


İntizam Komitəsinin növbəti iclası keçirilib. Topaz Premyer Liqasının XVI turunun “Qəbələ” – “Zirə” matçında baş verənlər İntizam Komitəsi tərəfindən geniş müzakirə olunub. İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edib.



“Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur. “Qəbələ” klubunun 8 №-li futbolçusu Qismət Alıyev, 14 №-li futbolçusu Cavid Hüseynov, “Zirə” klubunun 43 №-li futbolçusu Riçard Qadze, 7 №-li futbolçusu Sadio Tounkara aqressiv hərəkətlərə yol veriblər. Bu səbəbdən futbolçular 2 oyun cəzalanır, hər iki klub 3200 manat cərimə olunur.

“Zirə” klubunun baş məşqçisi Ayxan Abbasov stadionun dəhlizində təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur. Baş məşqçiyə verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

“Qəbələ” klubu təhlükəsizliyi və ictimai asayişi tam təmin etmədiyinə görə 4000 manat cərimə olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaqdır. “Qəbələ” klubunun məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur.

- Topaz Premyer Liqasının XVI turunun “Sumqayıt” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur. Oyunun 60-cı dəqiqəsində "Neftçi" klubunun 6 №-li futbolçusu Rəşad Sadiqov azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 1600 manat cərimə olunur. “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur.

- Əvəzedici heyətlərin XVI turunun “Kəpəz” – “Keşlə” matçında “Keşlə” klubunun 77 №-li futbolçusu Oleq Hüseynov rəqib futbolçuya qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 800 manat cərimə olunur.

- I Divizionun XIV turunun “Turan Tovuz” – MOİK matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

I Divizionun XIV turunun “Xəzər” – “Sabah” matçının 83-cü dəqiqəsində “Sabah” klubunun 3 №-li futbolçusu Şirməmməd Məmmədovun ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur. (goal.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu