İslam Oyunlarının qalibində dopinq tapıldı


İslam Oyunlarının qalibində dopinq tapıldı


Azərbaycanın daha bir idmançısında dopinq aşkarlanıb.

AzVision.az Azərbaycan Milli Antidopinq Federasiyasının (AMADA) rəsmi saytına istinadən məlumat verir ki, bu dəfə atletika üzrə Azərbaycan millisinin üzvü Yekaterina Sarıyevanın dopinq-testi müsbət nəticə verib.

23 yaşlı idmançıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu üzə çıxıb. 3 təkanla tullanmada İslam Həmrəyliyi Oyunlarının ikiqat mükafatçısının (Palembankda qızıl, Bakıda bürünc medal) orqanizmində furosemid aşkarlanıb. Bu səbəbdən də Sarıyeva 12 aylıq diskvalifikasiya olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu