Məşhur futbolçu oteldə ölü tapıldı- İnfarkt keçirib


Məşhur futbolçu oteldə ölü tapıldı-


İtaliya yığmasının və “Fiorentina” klubunun futbolçusu Davide Astori dünyasını dəyişib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən məlumatına görə, 31 yaşlı futbolçu bu gün səhər Udine şəhərində yerləşən otellərdən birində ölü vəziyyətdə tapılıb.

Astorinin ürəktutmasından öldüyü bildirilir.

31 yaşlı futbolçunun bu yaxınlarda ikinci dəfə ata olduğu deyilir.

Qeyd olunur ki, “Fiorentina”nın Bakı vaxtı ilə saat 18:00-da İtaliya A Seriyasının 27-ci turu çərçivəsində səfərdə “Udineze” ilə planlaşdırılan matçı Davide Astorinin vəfatı səbəbindən təxirə salınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu