Bu gün Şəhriyar Məmmədyarov Berlində həlledici oyuna çıxacaq


Bu gün Şəhriyar Məmmədyarov Berlində həlledici oyuna çıxacaq


Bu gün Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar Turnirində X turun görüşləri keçiriləcək.

Azərbaycanın yarışdakı yeganə təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla ABŞ şahmatçısı Fabiano Karuana ilə üz-üzə gələcək. Bu qrossmeysterlər arasında ilk dövrədəki oyunda qalib müəyyənləşməyib.

Bütün görüşlər Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, 9 turdan sonra F.Karuana 6 xalla vahid liderdir. Ş.Məmmədyarov 5,5 xalla 2-ci, A.Qrişuk 5 xalla 3-cü pillədə qərarlaşıb. 4 və 5-ci sıralardakı D.Lijen və S.Karyakinin 4,5, 6 və 8-ci yerlərdəki V.Kramnik, L.Aronyan və U.Sonun isə hərəyə 3,5 xalı var.

X tur

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Fabiano Karuana (ABŞ)

Aleksandr Qrişuk (Rusiya) - Sergey Karyakin (Rusiya)

Vladimir Kramnik (Rusiya) - Levon Aronyan (Ermənistan)

Din Lijen (Çin) - Uesli So (ABŞ)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu