Bu gün Azərbaycan-Belarus qarşılaşması olacaq


Bu gün Azərbaycan-Belarus qarşılaşması olacaq


Martın 23-də Azərbaycanın və Belarusun futbol üzrə milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.



Bakı Olimpiya Stadionunda keçiriləcək matç Azərbaycan və Belarus yığmalarının 3-cü görüşü kimi tarixə düşəcək. İlk qarşılaşma 1996-cı il mayın 27-də Molodeçnoda reallaşıb və qalib müəyyənləşməyib – 2:2. Yeri gəlmişkən, həmin dueldə yığmanın ilk qolunu onun indiki baş məşqçisi Qurban Qurbanov vurub.

2001-ci il fevralın 26-da isə bu kollektivlər Bolqarıstanda üz-üzə gəliblər. Azərbaycan millisi Zaur Tağızadənin qolu ilə minimal hesablı qələbə qazanıb.

Onu da qeyd edək ki, saat 20:00-da start götürəcək qarşılaşmanın baş hakimi latviyalı Andris Treymanisdir. Ona həmyerliləri Haralds Qudermanis, Alekseys Spasyonnikovs kömək edəcəklər. Matçın dördüncü hakimi isə FIFA referisi Əliyar Ağayev olacaq. (virtualaz)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu