Məşhur futbolçu karyerasını bitirdi


Məşhur futbolçu karyerasını bitirdi


Braziliyanın "Flamenqo" klubunun formasını geyinən qapıçı Julio Cesar karyerasına son verib.



AFN xəbər verir ki, Julio Cesar Braziliya Birinci Futbol Liqasının (Serie A) ikinci həftəsındə "Flamenqo"nun "Americo Mineiro"ya 2-0 qalib gəldiyi qarşılaşmada son dəfə meydana çıxıb.

Futbola başladığı komandada son vermək qərarına gələn 38 yaşlı Cesar İtaliyanın "İnter", İngiltərənin "Queens Park Rangers", Kanadanın "Toronto" və Portuqaliyanın "Benfika" klublarının formasını geyinib. Cesar "Benfika"dan ayrıldıqdan sonra "Flamenqo" ilə qısa müddətli sözləşmə imzalayıb.

Qapısını qoruduğu klublarda bir çox kubok qazanan Cezar "İnter" ilə 2009-2010-cu il sezonunun UEFA Çempionlar Liqasının qalibi olub.

Brazilya milli komandasında 87 dəfə forma geyinən Cezar, FİFA Konfederasiyalar Kubokunda iki və Kopa Americada bir dəfə qalib olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu