“Fenerbahçe” – “Beşiktaş” oyunu qaldığı yerdən azarkeşsiz davam etdiriləcək


“Fenerbahçe” – “Beşiktaş” oyunu qaldığı yerdən azarkeşsiz davam etdiriləcək


Türkiyə Kubokunda yarımfinal mərhələsinin “Fənərbaxça”-“Beşiktaş” oyunu qaldığı yerdən davam etdiriləcək. Bu barədə qərarı Türkiyə Futbol Federasiyası verib.



Qalmaqallı derbi yarımçıq dayandırıldığı 57-ci dəqiqədən etibarən davam edəcək.

Lakin matçın qalan hissəsi boş tribunalar önündə keçiriləcək.

Oyun mayın 3-nə təyin olunub.

Qeyd edək ki, “Şükrü Saraçoğlu” stadionunda keçirilən “Fənərbaxça”-“Beşiktaş” görüşü 0:0 olarkən azarkeşlərin meydana yad əşyalar atması səbəbindən təxirə salınmışdı. Komandalar arasında baş tutan ilk qarşılaşmada isə 2:2 hesabı qeydə alınmışdı. (virtualaz.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu