"Beşiktaş" kubokdan kənarlaşdırıldı


"Beşiktaş" kubokdan kənarlaşdırıldı


Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol Nizam-İntizam Komitəsi "Fənərbaxça” ilə oyuna çıxmayan "Beşiktaş”a 3:0 texniki məğlubiyyət verib.

Qaynarinfo xəbər verir ki, komitənin qərarına əsasən, gələn il "Beşiktaş” Türkiyə Kubokunun oyunlarına da buraxılmayacaq.

Qeyd edək ki, aprelin 19-da Türkiyə Kubokunun yarımfinal matçı çərçivəsində "Fənərbaxça" və "Beşiktaş" arasında keçirilən qarşılaşma ikinci yarıda yarımçıq dayandırılmışdı. Buna səbəb matçın 57-ci dəqiqəsində azarkeşlərin stadiona kənar əşyalar atması olmuşdu. Komandanın baş məşqçisi Şenol Günəş başından xəsarət almışdı.Bundan əvvəlki qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatmışdı.

Xatırladaq ki, komitə oyunun 57-ci dəqiqədən davam etdirilməsi barədə qərar qəbul etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu