Hacı Əliyev: Hiss etdim ki, Rusiya güləşçisinin gücü qalmayıb


Hacı Əliyev:


Avropa çempionu olmuş Hacı Əliyev bu gün Azərbaycan Güləş Federasiyasında keçirilən mətbuat konfransında iştirak edib.

Oxu.az xəbər verir ki, o, Avropa çempionatının finalında qalib gəldiyi İlyas Bəybulatovun mükafatlandırma mərasiminə gəlməməsini onun səhhəti ilə əlaqələndirib: “Bu, hörmətsizliklə bağlı deyil. Onun halı çox pisləşmişdi, təzyiqi düşmüşdü. Elə mən də finaldan sonra pis oldum, özümdən getdim. Sonranı xatırlamıram. Amma mükafatlandırma mərasiminə kimi özümə gəldim”.

Hacı Əliyev Hindistan Liqasında bu rəqibinə uduzmuşdu. Özü də son saniyələrdə rəqibə döyüşmədən təslim olmuşdu. Bəs bu dəfə ona sonadək döyüşmək üçün nə qüvvət verdi?

Üçqat dünya çempionumuz Oxu.Az-ın bu sualına belə cavab verib:

“Budəfəki finalda hiss etdim ki, o yorulub. Üzərinə gedəndə geri çəkilməsindən başa düşdüm ki, taqəti qalmayıb. Ona görə də son saniyəyədək döyüşüb ondan vacib xalı aldım”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu