Türkiyədə Heydər Əliyevin xatirəsinə həsr olunmuş kubok yarışı keçiriləcək


Türkiyədə Heydər Əliyevin xatirəsinə həsr olunmuş kubok yarışı keçiriləcək


İyun ayının 2-si Türkiyənin Ankara şəhərində Azərbaycan və Türkiyə Səmti Müəyyənetmə Federasiyalarının təşkilatçılığı, Azərbaycan Respubliaksı Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirliyinin təşkilati dəstəyi ilə ilk dəfə olaraq Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş kubok yarışı keçiriləcəkdir.



Ankarada yerləşən Heydər Əliyev adına parkda baş tutacaq yarışda Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının nümayəndə heyəti , federasiya prezidenti Mirəli Kazımov, vits-prezident Pərvin Şərifov, baş katib Zaur Seyidov, idarə heyətinin üzvü Xəyyam Məmmədov və eləcə də milli komandanın idmançıları Süleyman Əliyev, Sevda Verdiyeva və Rəna Abaszadə iştirak edəcəklər.

Uzun, orta və qısa məsafələr üzrə təşkil ediləcək yarışda qaliblərə diplomlar və xatirə hədiyyələri təqdim olunacaqdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu