Millimiz bu gün Qazaxıstanla qarşılaşacaq


Millimiz bu gün Qazaxıstanla qarşılaşacaq


Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq görüşünü keçirəcək.



“Report”un məlumatına görə, bu dəfə rəqib Qazaxıstan yığması olacaq.

“Astana Arena”da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Azərbaycan millisi Qurban Qurbanovun baş məşqçi təyin olunmasından sonra ilk dəfə rəqib meydanında çıxış edəcək. Əvvəlki 4 görüşdən 2-si – Belarus (0:1) və Qırğızıstanla (3:0) oyunlar Bakı Olimpiya Stadionunda, Moldova (0:0) və Makedoniya (1:1) ilə oyunlar isə Türkiyənin Antalya bölgəsindəki “Mardan” stadionunda baş tutub.

Qurbanovun rəqib həmkarı Stanimir Stoilov Qazaxıstan yığmasının sükanı arxasında üçüncü yoldaşlıq görüşünə çıxacaq. Bu komanda əvvəlki oyunlarında Bolqarıstana 1:2 hesabı ilə uduzduğu halda, Macarıstana qalib gəlib – 3:2. Lakin bu görüşlər Macarıstanda təşkil olunub. İndi isə Qazaxıstan Stoilovun rəhbərliyi altında ilk ev oyununu keçirəcək.

İndiyədək iki komanda əsas yığmalar səviyyəsində 9 oyun keçirib. Bunlardan 2-də Azərbaycan, 3-də Qazaxıstan qalib gəlibsə, daha 4 matç heç-heçə ilə yekunlaşıb. Qurban Qurbanov futbolçu kimi millidə ilk 2 qolunu məhz bu rəqibin qapısından keçirib. Bu, 1993-cü il iyunun 8-də İranda keçirilmiş turnirdə Azərbaycan yığmasının Qazaxıstanın U-23 millisi ilə 3:3 hesablı heç-heçə etdiyi görüşə təsadüf edib.

Yoldaşlıq görüşü

5 iyun

20:00. Qazaxıstan – Azərbaycan

Hakimlər: Aleksandr Tyan, Andrey Bodyan, Viktor Mardari, Dmitri Muntyan (hamısı Moldova)

Astana. “Astana Arena”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu