“Sportinq”in futbolçusu “Qarabağ”da


“Sportinq”in futbolçusu “Qarabağ”da


"Qarabağ" daha bir futbolçu transfer edir.



Qaynarinfo xəbər verir ki, Azərbaycan çempionu Bolqarıstan millisinin yarımmüdafiəçisi Simeon Slavçevi heyətinə qatır. Bu barədə Portuqaliyanın zerozero.pt saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, bu ölkənin "Sportinq" klubunda çıxış edən 25 yaşlı futbolçu "Qarabağ"la anlaşıb. Simeon artıq Lissabon klubunun düşərəsini tərk edib və Azərbaycan çempionu ilə müqavilə bağlamağa hazırlaşır.

Slavçev karyerasına vətənində - "Liteks" klubunda başlayıb (2010-2014). 2011-ci ildə Bolqarıstanın "Çavdar" klubuna icarəyə verilən yarımmüdaiəçi 2014-cü ildə 2,5 milyon avroya "Sportinq"ə transfer edilib. O, 2015-ci ildə İngiltərənin "Bolton", 2015-2016 mövsümündə Cənubi Kiprin "Apollon", 2016-cı ildə Polşanın "Leçiya" klublarına icarəyə verilib.

Bolqarıstanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış etmiş futbolçu 2013-cü ildən dəvət aldığı A millidə 17 oyun keçirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu