"Beşiktaş" "Qarabağ"la oynamaq üçün Azərbaycana gəlir


"Beşiktaş" "Qarabağ"la oynamaq üçün Azərbaycana gəlir


Türkiyənin "Beşiktaş" klubu bu yay "Qarabağ" ilə yoldaşlıq oyunu keçirəcək.

Qaynarinfo xəbər verir ki, İstanbul klubunun prezidenti Fikrət Orman komandanın planları haqda ölkə mətbuatına açıqlama verib.

O, müsahibəsində Azərbaycana səfər edəcəkləri haqda da məlumat verib.

"Təəssüf ki, mövsümün istədiyimiz kimi başa vura bilmədik. Bu səbəbdə Avropa Liqası başlamazdan öncə hazırlıqlara start verdik. Səfərlərimizi təxirə salmaq məcburiyyətində qaldıq. Çinə səfərimiz təxirə düşdü. Lakin sentyabrda Azərbaycana yollanacağıq", deyə Orman bildirib.

Qeyd edək ki, son iki ildir "Beşiktaş" "Qarabağ" ilə yoldaşlıq oyunu keçirməyi planlaşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu