“Qarabağ” bu gün Çempionlar Liqasında cavab oyununa çıxır


“Qarabağ” bu gün Çempionlar Liqasında cavab oyununa çıxır


"Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində cavab matçına çıxacaq.

Azərbaycan çempionu Sloveniyanın "Olimpiya” komandasını qəbul edəcək.

Səfərdə 1:0 hesablı qələbə qazanan "Qarabağ" doğma divarlar arasında mərhələni keçmək arzusundadı. Təmsilçimiz turu keçəcəyi halda Albaniyanın "Kukesi" klubu ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:00-da start götürəcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi
Cavab oyunu

18 iyul 2018
21.00 Qarabağ (Azərbaycan) - Olimpiya (Sloveniya)
Hakimlər: Erez Papir, David Elias Bitton, Eliyahu Casapu, David Fuxman (İsrail).
UEFA nümayəndəsi: Robert Kispal (Macarıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu