Azərbaycanlı hakim Ermənistan komandasının oyununa təyinat aldı


Azərbaycanlı hakim Ermənistan komandasının oyununa təyinat aldı


Azərbaycanlı hakim-inspektor Asim Xudiyev avrokuboklara növbəti təyinatını alıb.

Qaynarinfo xəbər verir ki, Xudiyev Avropa Liqasının II təsnifat mərhələsinin "Sutyeska” (Monteneqro) - "Alaşkert” (Ermənistan) oyununda hakimlərin işinə qiymət verəcək.

Oyunun baş hakimi isveçrəli Alen Byeri olacaq. Ona Yan Kobeli və Sertac Kurnazka yardım edəcək. Dördüncü hakim funksiyasını Urs Şnayder yerinə yetirəcək.

İyulun 26-da Monteneqronun Nikşiç şəhərindəki "Qradski” stadionunda keçiriləcək "Sutyeska” - "Alaşkert” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu