Bu gün “Qarabağ”ın Çempionlar Liqasında üçüncü potensial rəqibi müəyyənləşəcək

Xəbərin çap versiyası
Tarix: 23-07-2018, 11:42    |    Xəbər oxunub: 866 dəfə
Bu gün “Qarabağ”ın Çempionlar Liqasında üçüncü potensial rəqibi müəyyənləşəcək


Bu gün futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.



UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Püşk nəticəsində Azərbaycanı təmsil edən "Qarabağ"ın Albaniyanın "Kukesi" komandası ilə duelində qalib olacağı təqdirdə, rəqib olacaq klub və ya cütlük qalibinin adına aydınlıq gələcək.

"Qarabağ" - "Kukesi" cütlüyü səpələnmişlər səbətində yer alacaq ki, bu da onlara daha aşağı reytinqli səpələnməmişlər səbətindəki 11 klubdan biri ilə qarşılaşmaq imkanı verəcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi

Səpələnmişlər

“Zaltsburq” (Avstriya)

“Lüdoqorets” (Razqrad, Bolqarıstan) – “Videoton” (Macarıstan) cütünün qalibi

“Seltik” (Şotlandiya) - “Rusenborq” (Norveç) cütünün qalibi

“Legiya” (Varşava, Polşa) – “Spartak” (Trnava, Slovakiya) cütünün qalibi

“Astana” (Qazaxıstan) – “Mityulland” (Danimarka) cütünün qalibi

“Kukesi” (Albaniya) - “Qarabağ” (Azərbaycan) cütünün qalibi

Səpələnməmişlər

BATE (Borisov, Belarus) – HİK (Helsinki, Finlandiya) cütünün qalibi

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Hapoel” (Beer-Şeva, İsrail) cütünün qalibi

“Şkendiya” (Makedoniya) - “Şerif” (Moldova) cütünün qalibi

ÇFR (Rumıniya) - “Malmö” (İsveç) cütünün qalibi

“Srvena Zvezda” (Serbiya) – “Suduva” (Litva) cütünün qalibi

AEK (Afina, Yunanıstan)

Püşk nəticəsində adı birinci göstərilən klub (cütlük) ilk oyunu evdə keçirəcək. Çempionlar Liqasının III təsnifat mərhələsində uduzan komandalar mübarizəni Avropa Liqasının "pley-off" mərhələsində davam etdirəcəklər. (Report)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Sevda anasını evində xidmətçi kimi saxlayır”-

“Sevda anasını evində xidmətçi kimi saxlayır”- ögey atası

Azərbaycanlı xanım iki tonluq avtomobili yerindən tərpətdi

Azərbaycanlı xanım iki tonluq avtomobili yerindən tərpətdi VİDEO

Əmək və sosial sığorta məsələlərinə dair təklif və tövsiyələr müzakirə edilib

Əmək və sosial sığorta məsələlərinə dair təklif və tövsiyələr müzakirə edilib

Kərəm Həsənovun Kürdəmirdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Kərəm Həsənovun Kürdəmirdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Çikaqoda adı Azərbaycanla bağlı olan şirkətin gənc sahibi

Çikaqoda adı Azərbaycanla bağlı olan şirkətin gənc sahibi

Tovuzun sərhəd kəndləri işıqsız qalıb-

Tovuzun sərhəd kəndləri işıqsız qalıb- 5 gündür

BDYPİ və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib

BDYPİ və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib

Övladlığa götürülmə ilə bağlı yeni tələblər

Övladlığa götürülmə ilə bağlı yeni tələblər

İstixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə tətbiz edilib-

İstixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə tətbiz edilib- Azərbaycanda ilk

Qənirə Paşayeva BDU-da

Qənirə Paşayeva BDU-da "Kəpənək effekti" layihəsi çərçivəsində geniş çıxış edib və gənclərə çağırış edib

Binəqədinin yol dərdi...

Binəqədinin yol dərdi...

Rəsmi Bakıdan Ermənistan XİN-in açıqlamasına reaksiya

Rəsmi Bakıdan Ermənistan XİN-in açıqlamasına reaksiya

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur