“Barselona” “Bavariya”nın ulduzunu transfer elədi


“Barselona” “Bavariya”nın ulduzunu transfer elədi


“Barselona” heyətini yeni futbolçu ilə gücləndirib.



Kataloniya təmsilçisi “Bavariya”nın yarımmüdafiəçisi Arturo Vidalı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat verib. Çilili futbolçu yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra “Barselona” ilə 3 illik müqavilə imzalayacaq. İspanlar bu keçid üçün 19 milyon avro ödəyəcək.

Qeyd edək ki, Vidal “Bavariya”ya 2015-ci ildə 37 milyon avro qarşılığında “Yuventus”dan transfer olmuşdu. 31 yaşlı yarımmüadafiəçi münhenlilərin heyətində meydana çıxdığı 78 oyunda 14 qol vurub. (milli.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu