Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibi bilindi


Çempionlar Liqası:


UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Virtualaz.org bildirir ki, “Qarabağ” BATE səddini keçsə, Hollandiyanın ən məşhur klublarından olan PSV ilə qarşılaşacaq.

Qeyd edək ki, Ağdam klubu Belarus təmsilçisini üstələyəcəyi halda, Hollandiya çempionuna qarşı ilk oyununu 21/22 avqustda Bakıda, cavab oyununu 28/29 avqustda Eyndhoven şəhərində keçirəcək.

"Qarabağ" və BATE komandaları arasında ilk matç isə avqustun 7-də Bakıda, cavab görüşü ayın 14-də Borisovda olacaq.

Hər iki qarşılaşma saat 21:00-da başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu