"Qarabağ" ÇL-in III təsnifat mərhələsində ilk oyununa çıxacaq


"Qarabağ" ÇL-in III təsnifat mərhələsində ilk oyununa çıxacaq


Bu gün "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirəcək.



AFN Qaynarinfoya istinadən xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Belarusun BATE klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 21.00-da start götürəcək.

Ağdam təmsilçisi bunadək Sloveniyanın "Olimpiya” və Albaniyanın "Kukesi” klublarını mübarizədən kənarlaşdırıbsa, BATE Finlandiyanın HİK kollektivindən üstün olub.

Qeyd edək ki, "Qarabağ” - BATE cütünün qalibi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV klubu ilə qarşılaşacaq. Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırarsa, Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyun

7 avqust
21.00 Qarabağ (Azərbaycan) - BATE (Belarus)
Hakimlər: Andreas Ekberq, Mehmet Kulum, Stefan Hallberq, Kristofer Karlsson (İsveç).
Hakim-inspektor: Robert Sedlaçek (Avstriya).
UEFA nümayəndəsi: Oljas Abrayev (Qazaxıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu