Peşəkar Futbol Liqasından "Qəbələ"yə xəbərdarlıq


Peşəkar Futbol Liqasından "Qəbələ"yə xəbərdarlıq


Peşəkar Futbol Liqası "Qəbələ" klubuna xəbarlıq edib.

Bu barədə "Report"a əyalət təmsilçisinin meneceri Səbuhi Səfiyarlı məlumat verib. Onun sözlərinə görə, səbəb Azərbaycan Premyer Liqasının ilk turunda evdə "Səbail"i 3:0 hesabı ilə məğlub etdikləri matçda komandanın bəzi futbolçularının formalarında soyadlarının Azərbaycan dilində yazılmamasıdır. S.Səfiyarlı bunun texniki problem olduğunu və II turda məsələnin həllini tapacağını bildirib: "Bu problem yalnız yerli futbolçularla bağlıdır. Əcnəbi oyunçularda belə hal aşkarlanmayıb. Xəbardarlığı qəbul edirik və növbəti turda məsələ həll olunacaq".

Peşəkar Futbol Liqasının Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev isə klubun məsələsinə İntizam Komitəsinin (İK) baxacağını bildirib. A. Şahgəldiyev klubun cəzalana biləcəyini və ya İK-in xəbardarlıqla kifayətlənəcəyini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu