Avropa Super Kubokunun qalibi müəyyənləşir


Avropa Super Kubokunun qalibi müəyyənləşir


Bu gün UEFA Super Kubokunun qalibi müəyyənləşəcək.



AFN Qaynarinfoya istinadən xəbər verir ki, İspaniya təmsilçiləri "Real" və "Atletiko" klubları həlledici matçda üz-üzə gələcəklər. "Real" 2017/18 mövsümündə Çempionlar Liqasının, "Atletiko" isə Avropa Liqasının qalibi olub.

Qarşılaşma Estoniyanın paytaxtı Tallindəki Lilleküla stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

UEFA Super Kuboku tarixində ilk dəfə eyni şəhərin, 7-ci dəfə eyni ölkənin təmsilçiləri qarşılaşacaq. İtaliya klubları "Milan" və "Sampdoriya" 1990, "Parma" və "Milan" 1993, İspaniya klubları "Barselona" və "Sevilya" 2006-2015, "Real" və "Sevilya" isə 2014-2016-cı illərdə Super Kubokda qarşılaşaşıb.

"Real" Super Kubokunun hazırkı sahibidi. Ötən ilin avqustunda Madrid klubu "Mançester Yunayted"i 2:1 hesabı ilə məğlub edib. "Kral Klubu" son 4 Super Kubok matçını (2002, 2014, 2016, 2017) qazanıb. "Real" 1998 və 2000-ci illərdəki Super Kubok oyunlarında məğlub olub. "Atletiko" isə oynadığı hər iki Super Kubok matçında (2010, 2012) qələbəyə sevinib.

1973-cü ildən təşkil olunan Super Kuboku ən çox qazananlar İspaniyanın "Barselona" və İtaliyanın "Milan" komandalarıdı. Hər iki klub 5 dəfə qələbə sevinci yaşayıb. "Real" bu gün kuboku qazanmaqla onlara şərik ola bilər.

UEFA Super Kuboku
15 avqust

23.00 Real (İspaniya) - Atletiko (İspaniya)
Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomaş Listkeviç (Polşa) Ovidiu Hateqan (Rumıniya).
Estoniya. Tallin Lilleküla stadionu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu