Yelkənli İdman Federasiyasının yelkənçiləri Qazaxtanda keçirilən yarışda qələbə qazanıblar- FOTOLAR


Yelkənli İdman Federasiyasının yelkənçiləri Qazaxtanda keçirilən yarışda qələbə qazanıblar-


Hər zaman Azərbaycanı Beynəlxalq yarışlarda uğurla təmsil edən Azərbaycan Yelkənli İdman Federasiyasının yelkənçiləri bu dəfə Qazaxstanda qələbəyə imza atıblar.



Qazaxstanın Aktau şəhərində keçirilən “Xəzər Kuboku Beynəlxalq Yelkən Yarışı”nda içtirak edən (İntenational Caspoian Cup) yelkənçilərimizlə bərabər Qazaxstan və Özbəkistan yelkən klublarının idmançıları da yarışıblar. Yarışda yüklsək nəticələr göstərən Azərbaycan Yelkənli İdman Federasiyasının yelkənçiləri ilk 1, 2, 3, 4 cü yerlər üzrə kuboklara sahib olublar. Oğlan idmançılarımız 1 və 3 cü yerlər, qızlarımız isə 1, 2 və 3 yerlər üzrə qələbə qazanıblar. Demək olar ki, yarışda təqdim olunan bütün kuboklara sahib çıxan yelkənçilərimizin yarışlarda fədakar iştirakı Beynəlxalq səviyyəli məşqçilərin diqqətini cəlb edərək xüsusi rəğbətlə qarşılanıb.

Qeyd edək ki, yarışda Azərbaycanı yelkənçilərimiz Murad Hacızadə, Kristina Kərimova, Ayla Babayeva, Fidan Ağazadə, Səxavət Əzimov, Nicat Şükürov, İsmayıl Həmidov, heyətin rəhbəri Burcu Algon Giorgianni, “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, köməkçi məşqçi Aleksandr Knyazev təmsil ediblər.

Xatırladaq ki, Azərbaycan Respublikası Yelkənli İdman Federasiyasının gənc yelkənçisi Kristina Kərimova Sloveniyada keçirilən “Easter Regatta” adlı beynəlxalq yarışda 139 idmançı arasından 4 – cü yerdə qərarlaşaq yüksək nəticə göstrəmişdi.

Xüsusi olaraq vurğulayaq ki, aktiv bazası 2014 – cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi hər zaman maddi texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırılmaq, komandaya yeni idmançıları cəlb etmək olub. Azərbaycan Yelkənli İdman Federasiyasında hazırda "Optimist" və "Laser" sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı-ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəsislərin köməyi ilə komandaların məşqləri keçirilir.

Məqsədlərə çatmaq üçün Federasiya tərəfindən qabaqcıl Avropa şirkətlərindən yelkənli idman üzrə qayıqların gətirilməsi, eyni zamanda qısa müddət ərzində beynəlxalq səviyyəli məşqçilərin Azərbaycana dəvət edilməsi təmin edilib. Bu addımların davamı olaraq 31 may – 3 iyun tarixlərində də Yelkənli İdman Federasiyasının komandasının hazırlığı, o cümlədən yerli məşqçilərin təcrübə qazanması məqsədi ilə təlim düşərgəsi təşkil olunmuşdu. Məşqlərin yüksək keyfiyyətli olması və bu istiqamətdə peşəkarlığın artırılması məqsədilə beynəlxalq səviyyəli məşqçi, 6 dünya və 4 avropa çempionatının qalibi, 30 il məşqçi kimi fəaliyyət göstərən Dragan Gasic Yelkənli İdman Federasiyası tərəfindən təlimə cəlb edilmişdi.

Yelkənli İdman Federasiyasının yelkənçiləri Qazaxtanda keçirilən yarışda qələbə qazanıblar-

Yelkənli İdman Federasiyasının yelkənçiləri Qazaxtanda keçirilən yarışda qələbə qazanıblar-

Yelkənli İdman Federasiyasının yelkənçiləri Qazaxtanda keçirilən yarışda qələbə qazanıblar-

Yelkənli İdman Federasiyasının yelkənçiləri Qazaxtanda keçirilən yarışda qələbə qazanıblar-

Yelkənli İdman Federasiyasının yelkənçiləri Qazaxtanda keçirilən yarışda qələbə qazanıblar-

Yelkənli İdman Federasiyasının yelkənçiləri Qazaxtanda keçirilən yarışda qələbə qazanıblar-

Yelkənli İdman Federasiyasının yelkənçiləri Qazaxtanda keçirilən yarışda qələbə qazanıblar-

Yelkənli İdman Federasiyasının yelkənçiləri Qazaxtanda keçirilən yarışda qələbə qazanıblar-

Yelkənli İdman Federasiyasının yelkənçiləri Qazaxtanda keçirilən yarışda qələbə qazanıblar-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu