Türkiyə klublarının televiziya kanalları fəaliyyətini dayandırır


Türkiyə klublarının televiziya kanalları fəaliyyətini dayandırır


Türkiyə klublarının televiziya kanalları fəaliyyətini dayandırır.



"Report" "Goal.com"a istinadən xəbər verir ki, Klublar Birliyi telekanalların bağlanılması barədə klublarla razılığa gəlib.

Buna səbəb kimi maddi problemlər göstərilir. Televiziyalara xərclənən məbləğ uşaq futboluna yönləndiriləcək. Eyni zamanda klubların televiziya kanalları rəqamsal mediada fəaliyyət göstərəcək.

Qeyd edək ki, Türkiyədə "Qalatasaray", "Beşiktaş", "Fənərbağça" və "Bursaspor" klublarının televiziya kanalı mövcuddur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu