Şəhriyar Məmmədyarov ABŞ-da liderliyini qoruyur- VİDEO


Şəhriyar Məmmədyarov ABŞ-da liderliyini qoruyur-


ABŞ-ın Seynt Luis şəhərində keçirilən Sinkfild kuboku turnirinin V turu oynanılıb.



AFN oxu.az-a istinadən xəbər verir ki, bu turda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov amerikalı Hikaru Nakamura ilə qarşılaşıb.

Oyun heç-heçə başa çatıb. Ümumiyyətlə, bu tur çərçivəsində keçirilən bütün görüşlərdə xallar yarı bölünüb.

Beş turdan sonra beş şahmatçı – Şəhriyar Məmmədyarov, Aleksandr Qrişuk, Levon Aronyan, Fabiano Karuana və Maqnus Karlsen hərəyə üm xal toplayıblar.

Ümumi mükafat fondu 300 min dollar olan və avqustun 27-dək davam edəcək turnirin VI turunda Şəhriyar Məmmədyarov Fransa şahmatçısı Maksim Vaşye-Laqravla qarşılaşacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu