Şəhriyar Məmmədyarov sponsorsuzluqdan şikayətləndi


Şəhriyar Məmmədyarov sponsorsuzluqdan şikayətləndi


Ötən gecə ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Sinquefield Cup" turnirinin VII turunda Norveçli Maqnus Karlsenlə qarşılan Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov görüş barədə təəssüratlarını "Facebook" hesabı vasitəsilə paylaşıb.



AFN Qaynarinfoya istinadən xəbər verir ki, Məmmədyarov görüşün çətin keçdiyini, 5 saatdan çox davam etdiyini dilə gətirib və çox yorulduğunu qeyd edib. Qrossmeyster həmçinin maddi səbəblərə görə həddindən çox oyun keçirmək məcburiyyətində qalmağından, sponsorsuzluqdan şikayət edib və yarışlara öz hesabına qatıldığını vurğulayıb:

"Bu gun jurnalist mənə sual verdi ki, səni bu qədər oynamağa məcbur edən nədir? Utandım deyim ki, pul! Deyə bilmədim ki, mənim kimi professional oyunçunun sponsuru yoxdur və hətta bütün yarışlara öz hesabıma qatılıram".

Qeyd edək ki, Məmmədyarov-Karlsen görüşü heç-heçə ilə yekunlaşıb.

Şəhriyar Məmmədyarov sponsorsuzluqdan şikayətləndi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu